UEFA Çempionlar Liqasının D qrupunda “İnter” – “Real” görüşü maraq doğurub. “Neradzurri” matçın əvvəlindən rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıb. Lakin Simone İnzaginin komandası fərqlənə bilməyib. Fasilədən sonra “İnter” deyil, “Real” hesabda irəli çıxıb. “Kral klubu”na rəhbərlik edən Karlo Ançelottinin əvəzetmələri bəhrəsini verib. Vaxtın başa çatmasına 1 dəqiqə qalmış Eduardu Kamavinqanın ötürməsindən sonra Rodriqo “İnter”in qapısına yol taparaq “Real”a minimal hesablı qələbə qazandırıb.
D qrupunun “Şerif” – “Şaxtyor” oyununda isə meydan sahibləri uğur qazanıblar. 16-cı dəqiqədə Moldova klubunun heyətində Adama Traore hesabı açıb. 62-ci dəqiqədə Momo Yansane yekun nəticəni müəyyənləşdirib - 2:0. Beləliklə Moldovanı UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsil edən ilk klub kimi tarixə düşən “Şerif” mötəbər turnirə qələbəylə başlayıb.